Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müstəqillik qazanandan 1,7 milyon insan Ermənistanı tərk edib

Müstəqillik qazanandan 1,7 milyon insan Ermənistanı tərk edib

Tarix: 14 Iyun 2021 16:30

30 illik müstəqillik dövründə Ermənistandan 1,6-1,7 milyon insan emiqrasiya edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" agentliyinə bildirən İctimai Şuranın miqrasiya məsələləri üzrə komissiyasının rəhbəri Qaqik Yeqanyanın sözlərinə görə, bu göstərici ölkə əhalisinin 30%-ni təşkil edir.

Onlardan 1,1-1,2 milyon nəfəri Rusiyaya, 15 minə qədəri ABŞ-a, 120-150 min nəfəri Avropaya, qalanları isə MDB dövlətləri və Zelandiyadan tutmuş İsrailə qədər müxtəlif ölkələrə mühacirət edib.

Onun sözlərinə görə, ən kütləvi emiqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. Bu 3 il ərzində Ermənistanı 600 min nəfər (ölkə əhalisinin 16%-i) tərk edib.

2020-ci il 1 yanvara olan rəsmi statistikaya görə, hazırda Ermənistan əhalisinin sayı 2 961 900 nəfərdir.

Milli.Az


Etiketlər:  Müstəqillik qazanandan milyon insan Ermənistanı tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ