Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşdi

Tarix: 14 Iyun 2021 23:30

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir öncəsi Azərbaycan çempionu "Neftçi"nin potensial rəqibləri 4-ə enib.

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda "Lüdoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tbilisi, Gürcüstan) və ya "Kayrat"a (Qazaxıstan) rəqib olacaq.

Qeyd edək ki, püşatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə "Neftçi"nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Neftçinin Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ