Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Burnum qırıldı, az qala boğulurdum''

''Burnum qırıldı, az qala boğulurdum''

Tarix: 15 Iyun 2021 12:20

Müğənni Günel Zeynalova plastik əməliyyatlarını tənqid edənlərə əsəbiləşib.

Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, sənətçi ikinci dəfə burun əməliyyatı etdirməsinin səbəbini açıqlayıb.

Bu haqda "10-da görüşək" verilişində danışan Günel bildirib ki, boğulma təhlükəsi yaşayıb:

"Buraxın sənətimlə məşğul olum. Estetiklərimdən danışırlar. 12 yaşında fotomu qoyub müqayisə edirlər. Sən də o yaşda şəkil qoy, görək eyniyik? Zaman keçdikcə insanlar dəyişir. İlk əməliyyatım Türkiyədə olub.

Bir dəfə studiyada mahnı oxuyan yerdə boğuldum. Nəfəsim gəlmədi, az qalsın boğulam. Problem yaşayırdım deyə, yenə etdirdim əməliyyat. İkinci əməliyyatda həkim dedi ki, burnunuz qırılmışdı. Ona görə də az qala boğulurdum". 


Etiketlər:  Burnum qırıldı qala boğulurdum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ