Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 17:14
Artıq bugündən Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə "Azərxalça"nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.
Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) "Azərxalça" ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başladı. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.
Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan "Azərxalça" ASC yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağaza - showroom- un təqdimatını edəcək.