Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 19:46
İzləyicisini döyərək görüntülərini "YouTube" kanalında paylaşan "Zevs" kimi tanınan yutuber Ruslan Quliyev həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev nildirib ki, Bakı şəhər sakini Ruslan Quliyev hadisədən sonra müəyyən edilərək saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib.
Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs olunub.
Qeyd edək ki, Ruslan Quliyev özünün "YouTube" kanalında "Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü" başlıqlı video paylaşıb. Həmin videoda R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra izləyicini vurub.