Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

Tarix: 15 Iyun 2021 22:04

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın "TikTok" və "WeChat"ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Bayden ticarət nazirinə dövlət katibi, Pentaqon rəhbəri və kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə 120 gün ərzində fərdi məlumatların qorunması ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Tramp administrasiyası "TikTok" tətbiqetməsi vasitəsilə amerikalılar haqqında məlumatın Çin səlahiyyətlilərinə ötürüldüyünü iddia edirdi və bu səbəbdən hər iki tətbiqin fəaliyyətini qadağan edən fərman verilmişdi


Etiketlər:  Bayden TikTok WeChat yenidən açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ