Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 11:36
Yerli bələdiyyə ilin sonuna kimi problemin həll ediləcəyinə söz verdi
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, stadion olsada gənclər bundan yararlana bilmədiklərini deyirlər. Səbəb stadionda lazimi şəraitin olmamasıdır.
Söhbət Qusarın Gədəzeyxur kəndindən gedir. Kənd sakinləri bildirir ki, stadion üçün təkcə yer ayrılıb lakin ərazidə nə meydan, nə də digər qurğular mövcud deyil.
Gədəzeyxurlu gənclərin yeganə istəyi digər yaşayış məntəqələrində olduğu kimi kəndlərində normal şəraitli stadionun olmasıdır.
Çəkiliş vaxtı əraziyə yerli bələdiyyə sədrini dəvət etdik. Sakinlərlə söhbət edən bələdiyyə sədri söz verdi ki ilin sonuna kimi stadionun hasara alınmasını həyata keçirəcək. Növbəti mərhələ də isə digər işlər görüləcək.
İndi qalır verilən vədi əməldə sübut etmək. Bələdiyyə sədri vədinə əməl etsə tezliklə Gədəzeyxurlu gənclər normal stadionda futbol oynaya biləcəklər.