Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2025 16:52
"Azərbaycanla oyun asan keçmədi. Amma əsas odur ki, qalib gəldik. Artıq növbəti matça hazırlaşacağıq".
Sonxeber.net xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Ruslan Malinovski DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
Yarımmüdafiəçi bir çox fürsətlərdən yararlana bilmədiklərini söyləyib:
"Təbii ki, təzyiq və məsuliyyət var idi. Bəzən bir qədər tələskən oynadıq - tez birinci, ikinci, üçüncü qolu vurmaq istəyirdik. Ola bilər ki, bu, bizə bir az zərər verdi. Əsas olan qələbədir.Gözləntilərə görə, İslandiya ilə oyun daha çətin olmalı idi, amma nəticədə əksinə oldu. Futbolda hər şeyi epizodlar həll edir" .
Qeyd edək ki, 4 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.