Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2025 23:48
Afrika təmsilçisi Kabo-Verde millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sonxeber.net xəbər verir ki, komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edib. Oktyabrın 13-də keçirilən oyunda Kabo-Verde Esvatiniyə 3:0 hesabı ilə qalib gələrək D qrupunda 1-ci yeri tutub. Komanda 10 turdan sonra 23 xal toplayıb və 19 xala malik Kamerunu geridə qoyub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. (qol.az)