Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qadın evdə doğuş edib

Bakıda qadın evdə doğuş edib

Tarix: 14 Oktyabr 2025 14:58

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım heyəti 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib:

"Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

Təcili tibbi yardım briqadası ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərdikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə ediliblər".

"Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq 150 qr, boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxşdir", - deyə məlumatda qeyd olunub.


Etiketlər:  Bakıda qadın evdə doğuş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ