Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2025 23:40
"Real" və "Yuventus"un əfsanəvi sabiq futbolçusu Zinəddin Zidan müasir dövrdə onu valeh edən yeganə oyunçunun adını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, o, yalnız "Barselona"nın ulduzu Lamin Yamalı bəyəndiyini bildirib:
"Meydandakı mövqeyindən asılı olmayaraq, məni həqiqətən heyran edən bir futbolçu var. Bu, Lamin Yamaldır. 'İnter'lə "San-Siro"dakı oyunda o, hər şeyi təkbaşına etdi".
Cari mövsümdə vinger bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. (Publika.az)