Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2025 11:05
"Yaprak Dökümü" serialının baş rol ifaçısı Halil Ergün illər sonra ekran tərəf müqabilləri barədə maraqlı açıqlamalar verib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Evrim Akının təqdim etdiyi "Ev gezmesi" verilişində qonaq olub və illərlə eyni səhnəni paylaşdığı həmkarları haqqında səmimi danışıb.
Məşhur aktyor "Hansı tərəf müqabilinizlə aranız daha yaxşı idi?" sualına belə cavab verib:
"Güven Hokna ilə aramız çox yaxşı idi. Bennu Yıldırımlar mənim ən yaxınım sayılır. Deniz Çakırla isə teatr illərindən tanışıq. Serial zamanı ən yaxın olduğum o idi, çəkilişlər bitəndən sonra da ən çox onunla görüşürdük. Sonradan xətrimə dəyən bəzi məqamlar oldu. O, indi evlidir, xoşbəxt olsun".
Halil Ergün əlavə edib ki, Bennu Yıldırımlarla hələ də əlaqə saxlayır:
"Tez-tez danışırıq, o mənim üçün çox dəyərlidir. Bennu mənim canımdır".
Hüseyn