Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2025 10:38
Bakıda yeni parklanma yerləri təşkil edilib.
Sonxeber.net xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq.
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün də şərait yaradılıb.