Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 16:33
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin iyun ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,4 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.
Trend-in məlumatına görə, 2019-cu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,0 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,2 faiz bahalaşıb.
2019-cu ilin iyun ayında qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,1 faiz ucuzlaşıb, Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.
2019-cu ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz bahalaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin