Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 13:48
"Siyasətdə böhrandan ancaq sui-istifadə edirlər. Məşhur deyimdə olduğu kimi: nikbin hər çətinlikdə bir imkan görür".
Bunu Sonxeber.net-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, Nikol Paşinyanın seçkiyə günlər qalmış 15 əsir qarşılığında 97 min mina xəritəsini Azərbaycana verməsi seçiciyə hesablanıb:
"Ermənistanda güclü siyasi rəqabətin şahidiyik. Görürük ki, soydaşlarını (Ağdamın 97 min minalanmış ərazisinin xəritəsi qarşılığında 15 əsiri - red) geri qaytarmaq Paşinyanın seçkiqabağı kampaniyasının bir fraqmenti oldu. Bu addımı o, dekabrda da ata bilərdi. Məlum olduğu kimi geri qaytarılan ermənilərin arasında noyabrda ələ keçirilmiş cinayətkarlar da var idi. Seçkiyə bir həftə qalmış Paşinyanın bu addımı atması seçiciyə hesablanıb. Azərbaycan beynəlxalq təşkilatların qərəzli tələb və çağırışlarını bir qayda olaraq "iqnor" edir. Minalanmış sahələrlə bağlı məlumatın əldə edilməsini uğurlu addım hesab edirəm.
Bu işin ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilməsində anti-Rusiya addımı görmürəm və məsələnin "biz və onlar" kontekstində təqdimatını manipulyasiya hesab edirəm. Amerikanlar başa düşürlər ki, onlar Qarabağ mövzusunda bundan artığına iddia edə bilməzlər və odur ki, müharibənin fəsadlarının aradan qaldırılmasında nəsə göstərməyə cəhd edirlər. Etsinlər, Rusiyada bu addımdan qəti narahat deyillər.
Ermənistanla Azərbaycan arasında münasibətlərə seçkinin nəticələri təsir edəcək. Köçəryanın qələbəsi bəyanatın bəndlərinin həyata keçirilməsini ləngidə bilər".
Təhməz Əsədov