Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı - İranda

Prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı - İranda

Tarix: 16 Iyun 2021 17:38

İranın Prezident seçkilərində iştirakına icazə verilmiş 7 namizəddən 2-si - Möhsün Mehralizadə və Əlireza Zakani namizədliklərini geri götürüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 5 nəfər olacaq.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməyib.

Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi.

Namizədlər aşağıdakı şəxslərdi:

İbrahim Rəisi

Möhsün Rezai

Səid Cəlili 

Əbdülnasir Həmmati

Əmirhüseyn Qazizadə Haşimi.

Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin əsas namizədi sayılır. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır.

Milli.Az


Etiketlər:  Prezidentliyə namizədlərdən geri çəkildi nəfər qaldı İranda


RƏYLƏR