Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şüyüdün faydaları

Şüyüdün faydaları

Tarix: 17 Iyun 2021 01:12

Şüyüd tünd yaşıl rəngdə, 40-120 sm hündürlüyünə qədər qalxa bilən, nazik, saçaqlı yarpaqları və xüsusi qoxusu olan birillik göyərtidir. Şüyüd Himalay dağlarında, İranda, Mərkəzi və Qərbi Asiyada yabanı halda bitir. Bu səbədən də həmin ərazilər şüyüdün vətəni sayılır. Şüyüd Afrika və Avropa ölkələrində 5000 il əvvəllərdən yetişdirilməyə başlamışdır. İngiltərədə tarixi araşdırmalar zamanı şüyüd qurusuna rast gəlinmişdir. Qədimdə İngiltərə daxil olmaqla bəzi ölkələrdə şüyüdü sehirli qüvvələrdən qorumaq üçün vasitə hesab edərlərmiş. İndi Antraktidadan başqa dünyanın bütün materiklərində şüyüdə rast gəlmək mümkündür.
Kulinariyada şüyüddən müxtəlif salatları, ətləri, balıqları, şorabaları və sousları dadlandırmaq məqsədilə istifadə edilir. Şüyüdün toxumlarından tərəvəzlərin duza qoyulması zamanı geniş istifadə olunur. Şüyüdün toxumları əlavə olunduğu tərəvəzləri vitaminlə təmin edir və ətirləndirir. Şüyüddən bəzi pendir növlərinin, xəmir məmulatlarının, ətlərin dadlandırılması məqsədilə istifadə edilir.
Şüyüddən kosmetologiya sahəsində də istifadə edilir. Ondan müxtəlif parfümeriyaların hazırlanmasında istifadə olunur. Şüyüddən alınmış efir yağlarından kremlər, losyonlar, odekolonlar, diş pastaıları hazırlanır. Şüyüd yağından konservlərin, likörlərin, hətta sabunların hazırlanmasi üçün də istifadə olunur. Qışa saxlamaq istədikdə isə şüyüdü qaranlıq və quru yerdə saxlamaqla qurutmaq və ya xırda doğrayaraq duzlayıb saxlamaq mümkündür.
100 qram şüyüddə olan qida dəyəri:
- Zülallar - 2,5 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 6,3 qr
- Su - 85 qr
- Kalori dəyəri - 40 kKal.
Şüyüdün tərkibində askorbin, nikotin turşusu, riboflovin, tiamin, karotin, pektin maddələri, karbohidratlar, kalium, kalsium, fosfor, dəmir, A, B2, B6, C, PP vitaminləri, zülalllar, yağlar, olein, palmetin, linolen turşuları var. Bu bitkinin hər bir hissəsi efir yağları ilə zəngindir. Bu yağlar ona xüsusi qoxu verir. Tərkibində olan maqnium və dəmir qan əmələgəlmə prosesini sürətləndirir.
Onda olan efir yağları ödün axmasına, həzm fermentlərinin sürətlənməsinə, orqanizmin dezinfeksiya olmasına səbəb olur. Şüyüd əsasən də sidik-cinsiyyət və həzm sisteminin dezinfeksiya olunmasına səbəb olur. Tibbdə şüyüddən bəzi dərman preparatları hazırlanır. Ondan hazırlanan anetin ürək-damar sisteminin işini yaxşılaşdırır. Anetin beyinin və ürək əzələsinin damarlarını qidalandırır, işini normallaşdırır. Şüyüddən südəmizdirmə və diurez zamanı istifadə etməkdə fayda var. Arterial təzyiq, tənəffüs darlığı zamanı da şüyüd yeməyin faydası böyükdür. Şüyüddən spzmolitik, sidikqovuscu və sakitləşdirici məqsədlərlə də istifadə edilir. Mədə və bağırsaq yaraları zamanı şüyüd ağrıkəsici təsir göstərir. Şüyüd bağırsaqlardakı köpü və qazı qovmaq xüsusiyyətinə malikdir. Kolitlər zamanı onun faydası əvəzolunmazdır. Kolit zamanı 1 qram süyüd toxumunu hər dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır.
Şüyüd toxumunun dəmləməsi həzmi sürətləndirir,iştahanın artmasına səbəb olur, yuxusuzluğun aradan qalxmasına yardım edir.
Gözaltı torbalardan xilas olmaq, gözlərdəki yorğunluğu aradan qaldırmaq üçün isə şüyüd yarpaqlarını suda qaynadıb kompres şəklində gözlərin altına qoymaq lazımdır. Bunun üçün tənzifi şüyüd qaynayan suya salıb gözlərin üstünə qöymaq lazımdır. Şüyüd yağından bronxitlər və pnemoniyalar zamanı istifadə edilir. Şüyüd yağı bronxların selikli qişalarında olan şişkinliyin aradan qalxmasına səbəb olur. Şüyüd suyu orqanizmdəki allergiya əlamətlərinin azaldır, dəri qaşınmalarının aradan qaldırır.
Şüyüdün zərərli xüsusiyyətləri
Aşağı təzyiqdən əziyyət çəkənlərə həddindən çox şüyüd yemək məsləhət deyil. Gün ərzində çoxlu miqdarda şüyüd yemək fiziki gücün azalmasına, görmənin zəifləməsinə, baş hərlənməsinə səbəb ola bilir. Bu səbəblərə gün ərzində hamilələrə çoxlu miqdarda şüyüd yemək məsləhət görülmür.


Etiketlər:  Şüyüdün faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ