Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 01:34
"Mülki müqavilə" partiyası seçki təşviqatı dövründə rüşvət cəhdi və ya verilməsi ilə bağlı sübut təqdim edən hər kəsə 500 min dram (təxminən min dollar) mükafat veriləcəyini elan edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Cermuk şəhərinin sakinləri ilə görüşdə açıqlama verib.
"Dövlət və ya qeyri-hökumət təşkilatlarının işçiləri tərəfindən seçicilərə qanunsuz yolla təsir göstərilməsi cəhdlərinə dair sübut təqdim edənlərə bu məbləği ödəyəcəyik", - deyə Paşinyan qeyd edib.
O bildirib ki, bu günə qədər seçicilərə rüşvət verməsi faktına görə beş nəfər həbs olunub, daha on nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər 50 nəfər isə şübhəli kimi nəzarətdə saxlanılır.
Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaxın gələcəkdə "bol məhsul" vəd etdiklərini sözlərinə əlavə edərək bu qəbildən həbslərin artacağına işarə edib.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda 21 partiya və 4 blokun iştirakı ilə növbədənkənar parlament seçkiləri keçiriləcək.