Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 09:46
Emənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi 44 günlük Qarabağ müharibəsində itkin düşən erməni hərbi qulluqçuların sayını göstərən sənəd yayıb.
Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib. Sənəddə itkin düşən erməni hərbi qulluqçuların sayının 1064 nəfər olduğu bildirilir. Bundan başqa, onların ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.
Qeyd edək ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bir neçə gün öncə parlamentdə çıxışı zamanı itkin düşən erməni hərbi qulluqçuların saıyının 321 olduğunu bilirmişdi.
Kamran Seyidov