Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 09:48
İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran İslam İnqilabının lideri, mərhum ayətulla Ruhulla Musəvi Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırıb.
Sonxeber.net bildirir ki, Xudafərinin əks tərəfində, təpə yamacındakı lövhənin ölçüsü o qədər böyükdür ki, Xomeyninin rəsmi Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.
Qarabağın işğaldan azad edilməsi və Araz çayının şimalının Azərbaycan dövləti tərəfindən geri alınmasından sonra, indi İran hökuməti sərhəd boyunca ərazilərdə bir sıra tədbirləri gerçəkləşdirir.
Həm də onun rəsmi məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.
Xatırladaq ki, Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il ərzində İran tərəfi sərhəd zolağında heç bir bayraq, habelə ayətulla Xomeyni və ya İranın indiki dini lideri ayətulla Xamneynin rəsmlərini quraşdırmamışdı.