Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 10:40
Türkiyəli şoumen Mehmet Əli Ərbil müğənni Seda Sayandan üzr istəyib.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsinin hekayə bölməsində paylaşım edərək belə yazıb:
"Seda mənim canımdır, bacımdır. Oğlu oğlumdur, o da mənim uşaqlarımı özününkündən ayırmaz. Mən dərmanların təsiri ilə səhv etmişəm. Üzr istəyirəm. Sedadan da, oğlu Oğulcandan da. Aramıza heç kim girə bilməz, girməsin də".
Qeyd edək ki, Ərbil ötən gün İnstaqram səhifəsində Seda haqda "Keçmişi daha təmiz olsaydı, iftar verilişi də aparardı.
Halal olsun, televiziyalar reytinq qazana bilməyən bu qadını hələ də işlədirlər" sözlərini yazmışdı. Seda Sayan isə "Tuğba ilə evli olduğun zaman qulluqçu günahsız bir qıza təcavüz edəndə susduğum üçün keçmişimin kirli olduğu doğrudur" cavabını vermişdi.