Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 20:48
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişləri 5 faizdən çox artıb.
DSMF-dən Sonxeber.net-a verilən məlumata görə, fondun gəlirlərində artım tempi 2021-ci ilin yanvar-may aylarında da davam edib.
Həmin dövrdə Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 142,8 mln. manat artaraq 2 302,1 mln. manat olub.
DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,4% (118,8 mln. manat) artaraq, 1 527,7 mln. manat təşkil edib.
Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5,1% artaraq 2 012,8 mln. manat olub.