Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib

Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib

Tarix: 18 Iyun 2021 01:46

Bu ilin yanvar-may aylarında ümumilikdə 183 min şəxsə sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib. Onlardan 38,2 mini pensiya təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə,ötən dövrdə 57,2 min şəxsə sosial ödənişlərin, o cümlədən 12,6 min şəxsə pensiyaların, 44,6 min şəxsə müavinət və təqaüdün elektron qaydada təyinatı həyata keçirilib.

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə ehtiyac qalmadan, müvafiq sosial ödənişlər avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunur.

Milli.Az


Etiketlər:  Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e qaydada təyin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ