Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bir ildə 2.5 tondan artıq narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda bir ildə 2.5 tondan artıq narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb

Tarix: 6 Avqust 2019 22:00

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci il ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Әdliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumilikdə 2 ton 553 kq 570,976 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 14.819 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.

Ümumilikdə, hesabat dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən 3305 fakt aşkar edilib ki, onlardan 897-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2124-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 234-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 50-i isə digərləri olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ildə tondan artıq narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb


RƏYLƏR