Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 13:12
Yəməndə 3 ayrı cinayət hadisəsi üzrə edam hökmləri icra olunub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, 40 yaşlı Əli əl-Nami, 38 yaşlı Abdullah Əl-Məxali və 33 yaşlı Məhəmməd Ərman uşaqları gənc yaşlarında qətlə yetirdikləri üçün edam ediliblər.
Yerli məhkəmənin qərarı ilə ölüm hökmü açıq havada və insanların gözü qarşısında icra olunub.
Məhbuslardan Əl-Nami arvadı ilə mübahisə etdikdən sonra üç qızını su anbarına ataraq boğmaqda təqsirli bilinib.
Digər məhbus Əl-Məxalinin yetkinlik yaşına çatmayan uşağa təcavüz etməsi və onu öldürməsi sübuta yetirilib.
Sonuncu məhbus Məhəmməd Ərman da oğlan uşağına təcavüzdə və qətldə mühakimə edilib.
Məhkumlar təhlükəsizlik işçiləri tərəfindən paytaxt Sənada yerləşən "Təhrir" meydanında odlu silahdan açılan atəşlə edam olunublar.