Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibilxanaya çevrilmiş avtobus dayanacağı - Üfunət iyindən dayanmaq olmur - VİDEO

Zibilxanaya çevrilmiş avtobus dayanacağı - Üfunət iyindən dayanmaq olmur - VİDEO

Tarix: 18 Iyun 2021 14:38

Bakının əsas yollarının birində, yüzlərlə sakinin istifadə etdiyi dayanacağın ətrafında antisanitar vəziyyət höküm sürür. Ərazidə demək olar ki, hər gün zibil qalaqlanır. Bu problem xüsusi ilə həmin dayanacaqdan yararlanan insanları narahat edir. Sakinlər qısa zamanda bu vəziyyətin düzəlməsini istəyirlər. Məsələyə Sabunçu rayon İcra Hakimiyyəti də münasibət bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərin ən çox istifadə etdiyi dayanacqlardan birinin ətrafı zibilliyə çevrilib.

Görüntülər Heydər Əliyev prospektində "Komsomol" dairəsi adlanan ərazidəndir. Zibillər hər gün pərakəndə şəkildə Aerport şossesinin kənarında yerləşən dayanacağın ətrafına atılır.

Zibil qabı kimi istifadə olunan dayancağın həmin hissəsi qapalı olsa da üzərini örtən dəmir örtük bilinməyən səbəbdən hazırda yoxdur. Sakinlər dayanacağın ətrafında bu vəziyyətin uzun müddətdir yaşandığını deyirlər.

Ərazidə çəkiliş apararkən digər dayanacaqlara da göz gəzdirdik. Təəssüf ki analoji vəziyyətin şahidi olduq. Zibil qablarını insanların qoyduğu adi kağız qutular əvəzləyirdi.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyəti başçısının köməkçisi Müslüm Mahmudov ''Xəzər Xəbər''ə bildirdi ki, indiyə kimi onlara həmin ərazi ilə bağlı şikayət daxil olmayıb. Onun sözlərinə görə, bununla bağlı qısa zamanda aidiyyəti üzrə tapşırıq verələcək. Həmin əraziyə zibil qutuları qoyulacaq. Dayanacağın bir hissəsinin yararsız olmasına gəldikdə isə, Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, yararsız hala düşən həmin hissə yaxın günlərdə bərpa ediləcək.

Milli.Az


Etiketlər:  Zibilxanaya çevrilmiş avtobus dayanacağı Üfunət iyindən dayanmaq olmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ