Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 15:27
"Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi nə qədər bəyannamə olaraq adlandırılsa da, əslində içərisində müttəfiqlik kəliməsi də keçir. Mən açığı düşünürəm ki, bu sənəd Azərbaycanla Türkiyə arasında bir çox sahələri əhatə edən strateji tərəfdaşlıq müqaviləsidir".
Bunu Sonxeber.net-a açıqlamasında Orta Şərq, Avrasiya və Asiya-Sakit Okean Platforması rəhbəri Ali Semin deyib.
Ekspert bildirib ki, bu müqavilə sadəcə Azərbaycanla məhdudlaşmamalıdır:
"Bu Bəyannaməni Azərbaycanın işğal altındakı torpaqları uğrunda 44 günlük Vətən müharibəsinin bir Zəfəri olaraq da adlandırıla bilər. Çünkü bir millət, iki dövlətin gücləndirildiyi bir müqavilə imzalandı. Açığı Cənubi Qafqazda Rusiya və İranın Azərbaycana qarşı provokasiya törətməməkləri məqsədi ilə bu müqaviləyə "Bəyannamə" adı verildiyini düşünürəm. Amma 11 səhifəlik bu sənədlə tanış olduğumuz zaman adətən bir strateji tərəfdaşlıq müqaviləidir və bu uzun maddələdir. İki dövlətin bir-birinin üstünlüyünü, müstəqilliyini və edilən təhdidlərə qarşı da ortaq addımlar atılması məqsədi ilə imzalanan bir müqavilədir.
Təbii ki, bu müqavilənin digər bir ayağı da var: Türkiyənin etdiyi bir təklif var. O da 6 ölkə platforması, yəni 3+3 platforması. Türkiyə Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və İranın olacağı bir platformanın qurulmasını təklif edir. Və bu müqavilə ilə yanaşı Türkiyənin da bu təklifi, bu planı gündəmə gətirməsi də önəmlidir. Digər tərəfdən bu Bəyannaməyə baxdığımızda, 13 oktyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM), Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan bir Qars müqaviləsi var. Şuşa Bəyannaməsində xüsusilə Qars müqaviləsini istinad edilməsi 1921-ci il müqaviləsi baxımından da Türkiyəni şərq sərhədlərini və Azərbaycanın ərazi bütöbvlüyü qoruyacaq məzmunlu bir müqavilədir. Təbii ki, Ermənistan bu Qars müqaviləsini qəbul etmir, təsdiq etmir. Amma Türkiyə, Azərbaycan bunu qeyd edir. Şuşa Bəyannaəmis ilə Azərbaycanın ərazi bütövlüyü və sərhəd təhlükəsizliyi Türkiyə-Azərbaycan münasibətləri baxımından Cənubi Qafqazda yeni bir balans yaratdığını görürük. Yəni beynəlxalq münasibətlər baxımından baxdığımız zaman bu sənədlər Bəyannamə, müttəfiqlik şəklində təqdimedilə bilər. Məqsəd Rusiya başda olmaqla Cənubi Qafqazda maraqları toqquşan gücləri narahat etməyəcək şəkildə bir addım atıldığını görürük. Təbii ki, bu plan xüsusilə Azərbaycandan tələb edilən torpaq deyil, artıq Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra baş verən irəliləyişlər, bundan başqa ərazi bütövlüyü, sərhədlərinin təhlükəsizliyi baxımından da çox önəmlidir.
Bu Bəyannamənin içərisində önəmli bir fikir var: İki dövlətdən hər hansı biri üçüncü dövlət və ya dövlətlər tərəfindən hərbi təcavüzə məruz qaldığı zaman bir-birlərini müdafiə edə bilərlər, Beynəlxalq platformalarda, bir çox beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyə bilərlər. Nə demək istəyirəm?! Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı zaman-zaman atəşkəsi pozur. Bu, Azərbaycanla yenidən 44 günlük Vətən müharibəsi kimi bir müharibə baş verərsə, türk əsgəri Azərbaycan torpaqlarında Azərbaycan hərbiçiləri ilə birlikdə sərhəd təhlükəsizliyini, ərazi bütövlüyünü qoruyacaq bir müqavilədir. Bu Bəyannamə iki dövlət, bir millətin ən bariz nümunəsi olaraq ortaya qoyuldu. Türkiyə və Azərbaycan prezidentlərinin bu məsələdə istəkli olmaları iki dövlət münasibətlərini də yaxınlaşdırdı.
Bunu da qeyd etməkdə fayda var: Digər türk ölkələri də Azərbaycanla, Türkiyə ilə bir türk birliyindən ziyadə, bir Türk Platforması da yaradıla bilər ki, buna da çox ehtiyac var. Türk Birliyi dediyimizdə təəssüf ki, Qərb hərəkətə keçir, ABŞ hərəkətə keçir, Rusiya hərəkətə keçir, Çin hərəkətə keçir. Bir çox böyük güclər Türk Duünyası, ya da Türk İttifaqının yaranmasından narahat olurlar. Buna görə də məncə, bu müqavilə (15 iyun Şuşa Bəyannaməsi) ilə bundan sonrakı mərhələdə türk dünyası arasında bir körpü də yaranacaq. Türk dünyasının belə bir platformaya ehtiyacı var. Yəni birləşmək yox, birləşmiş Türk Dünyasından ziyadə, müttəfiq bir türk dünyasının tövsiyyə edildiyini görürük.
Bu müqavilə sadəcə Azərbaycanla məhdudlaşmamalıdır. Azərbaycan və Türkiyə artıq Cənubi Qafqazda və Türk Dünyasında bir düstur yaratdı, bir yol xəritəsi çəkdi və bu xəritənin davamında bir strategiya yaratmaq lazımdır. Bu strategiyanın da Türk Dünyasındakı müstəqil türk respublikaları Türkiyə ilə birlikdə daha güclü ittifaqlara yol aça biləcəyini düşünürəm. İndi təbii ki, Türkiyənin bu mövzuda Azərbaycanla birlikdə xüsusilə Şuşada bu müqaviləni imzalaması Şuşanın geopolitik önəmini artırmaqla yanaşı, iki ölkənin də taleyinin bundan sonra bir olacağı, Azərbaycan və Türkiyənin daha da güclü olacağı deməkdir".
Təhməz Əsədov