Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 21:38
Yaponiya hökuməti yerli bələdiyyələrə sakinlərə koronavirusa qarşı vaksinin vurulduğunu təsdiq edən "vaksin pasportu"nun iyulda təqdim edilməsinə icazə verməyi planlaşdırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bəyan edib.
Bildirilir ki, həmin pasporta malik olan şəxslər xarici səfərlər zamanı daha çox tədbirlərə qatılmaq imkanı qazanacaqlar. Buna görə də Yaponiya biznesinin rəhbərləri və digər maraqlı şəxslər xarici səfərlər üçün bu sənədin daha sürətlə verilməsini tələb edirlər.
Qeyd edilir ki, yerli bələdiyyələr tərəfindən veriləcək həmin sənəd vaksinin vurulduğunu təsdiq edəcək və ödənişsiz olacaq.
"Vaksin pasportu"nda səfər edən şəxsin adı, vətəndaşlığı, pasportun nömrəsi və vaksinin vurulması tarixi əksini tapacaq.
Bununla yanaşı, hökumətdən bildiriblər ki, bu sertifikatların rəqəmsal variantı da hazırlanacaq və onu internet vasitəsilə əldə etmək mümkün olacaq.