Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 12:04
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan tərəfdarları qarşısında çıxış etmək üçün partiyasının ofisinə gəlib.
Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, onun dediyinə görə, onun qələbəsi milli və ictimai konsalidasiyanı bərpa edəcək. Paşinyan Bu barədə "Vətəndüş müqaviləsi" partiyasının qərargahında çıxışında bildirib. "Emənistan xalqı öz sözünü dedi və bunun mətni aydındır. Bu proses seçkiqabağı kampaniyanın gedişində formalaşmışdı. Gözlənilən baş verdi. Bu seçkilərdə vətəndaşın qalib gəlməsi qaçılmaz idi", - deyə o bildirib.
Nikol Paşinyan daha sonra Ermənistan vətəndaşlarının sərt sınaqlardan keçdiyini və "insanların yenidən biri-birini qazandıqlarına" görə təşəkkür edib. Onun qənatincə, Ermənistan xalqı üç il sonra nəhayət ikinci inqilabı əldə etdi - bu dəfə məxməri yerinə, "polad". Əmin edib ki, xalqla bütün razılaşmaya əməl olunacaq. Seçkilərin saxtalaşdırılmasına isə birdəfəlik son qoyulacaq.
Polis və milli təhlükəsizlik orqanlarının asayişin qorunmasında əməyini də yüksək qiymətləndirib. Yaxın günlərdə isə bütün siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacağını dilə gətirib. Bir daha milli birlik və razılaşmadan danışıb. Qanunun və hüququn diktaturasının qurulacağını deyib. O ki qaldı parlamentdə qüvvələr balansına əlavə edib ki, "Vətəndaş müqaviləsi" parlamentdə çoxluğa malik olacaq. Konkret nəticə is sabah səhər bəlli olacaq.
Kamran Seyidov