Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 20:12
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.
- Hər iki komanda üçün vacib oyun idi. Kubokdan sonra 4 günə bərpa olmaq çətin idi. Fasilədən sonra biz daha üstün idik. Məğlub olmalı deyildik. Qol imkanlarını qaçırdıq. Kuboka ciddi hazırlaşmalıyıq.
- Bürünc medal əldən getdi?
- Biz peşəkarıq. Sonadək oynamalıyıq. Ancaq bürünc şansımız möcüzəyə qalıb.
- Qalan 2 tura komandanı kökləmək çətin olmayacaq?
- Artıq sabahdan hazırlıqlarımıza başlayacağıq. Əlbəttə, çətin olacaq. Ancaq işimizi davam etdirməliyik.
- Komandanız yəqin ki, 4-cü pilləni tutacaq. Bu, uğursuzluqdur?
- Əlbəttə. Ancaq mən işimi vicdanla görmüşəm.