Tarix: 7 Avqust 2019 11:44
“APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə ilk oyunundan sonra deyib.
Bolqarıstanlı yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında səfərdə qazandıqları 2:1 hesablı qələbəyə görə Bakıdakı cavab görüşünün APOEL üçün çətin olacağını bildirib: "Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm".
Slavçev 2015-16 mövsümündə Kiprin "Apollon" klubunda çıxış edib. O, sabiq komandasının indi daha güclü olduğunu qeyd edob: "APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və daim bu klubun qəlbimdə yeri olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var.
Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadır. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”.