Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 04:30
"Tarkanla işbirliyimiz olacaq. Onlar işi sakit görmək istəyirlər".
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Söhbət musiqidən gedir" proqramında deyib.
"Bizim layihə alınmazdan öncə bir jurnalistə açıqlama verdim. Onun komandası bundan xəbər tutdu, xoşlarına gəlmədi. Bu yaxınlarda həmin komanda ilə əlaqə yarandı. Böyük məmnuniyyətlə razılaşdılar. Tarkanın mənə ehtiyacı var, çünki yaxşı musiqiçiyəm. Mənim də onun tamaşaçısına ehtiyacım var" - deyə o qeyd edib.