Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 08:44
Aailə münaqişəsi zəminində Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1987-ci il təvəllüdlü Zaidov Fuad Ərzulla oğlu qayını Yolçubəyli kənd sakini, 1971-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlunu ov tüfəngi ilə güllələyib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sonuncu çoxsaylı qırma yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
M.Mirmövsümovun həytat yoldaşı hazırda Rusiyada yaşayır.
Yaralanan şəxsin qardaşının bildirdiyinə görə, Mirqiyasın həyat yoldaşı və qaynı qardaşına məxsus var dövlətə sahib çıxmaq istəyib. Mirqiyasın Moskvada yaşayan həyat yoldaşı qardaşına ərinin öldürülməsi sifarişini verib. Sonuncu dəfə də Mirqiyasla qaynı Fuad arasında pul üstündə mübahisələri düşüb və nəticədə Fuad qaynını güllələyib.
Hadisəni törədən Fuad Zaidov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.