Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yasamalda küçə və yollar təmir olunur - FOTO

Yasamalda küçə və yollar təmir olunur - FOTO

Tarix: 22 Iyun 2021 10:14

İnsanların rahat gediş-gəlişi üçün paytaxtın Yasamal rayonunun bir sıra küçə və prospektlərində təmir-tikinti işləri aparılır. Rayonun Murtuza Muxtarov küçəsinin Bəsti Bağırova küçəsi ilə kəsişməsindən Süleyman Rəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçirilir. Uzunluğu 900 metr təşkil edən küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi icra olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla yanaşı, təmir işləri General Həmidov küçəsində də aparılır. Bu küçədə hazırda yeni səki daşları düzülür. Təmir işləri aparılan ərazinin ümumi sahəsi isə 4 min kv.m təşkil edir.

Anoloji işlər bir müddət öncə Molla Pənah Vaqif və Mirəli Seyidov küçələrində də aparılıb. Bu küçələrin 7 min kv.m sahəsi təmir olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həyata keçirdiyi 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Milli.Az


Etiketlər:  Yasamalda küçə yollar təmir olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ