Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 15:46
Hövsanda açıq ərazidə məişət tullantıları yanır.
Sonxeber.net-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Hal-hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.