Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 20:08
İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir zamanı istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Görüşlər zamanı "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş edilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda təqdim etdiyi musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.