Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 16:44
Niderland millisi ciddi itki ilə üzləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Luk De Yonq zədələnib.
Millinin ötən axşam keçirilən məşqində diz bağlarından zədə alan 31 yaşlı futbolçunun uzun müddət meydana çıxa bilməyəcəyi məlum olub. Avro-2020-ni erkən bitirən "Sevilya"nın hücumçusu artıq milli komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.