Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiya Portuqaliyada yoxsulluq səviyyəsinin 25 faiz artmasına gətirib çıxarıb

Pandemiya Portuqaliyada yoxsulluq səviyyəsinin 25 faiz artmasına gətirib çıxarıb

Tarix: 23 Iyun 2021 21:42

COVID-19 pandemiyasının əmələ gətirdiyi böhran səbəbindən Portuqaliyada təqribən 400 min nəfər yoxsulluq həddinə çatıb ki, bu da ölkədə zəngin və kasıblar arasında fərqi artırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Lissabon Katolik Universitetinin İqtisadi Tərəqqi Mərkəzi tərəfindən yaradılan La Caixa Fondunun Sosial Müşahidə Mərkəzinin tədqiqatında bildirilir.

Hesabatda qeyd olunur ki, pandemiya böhranlı və qeyri-böhranlı vəziyyətlə müqayisədə il ərzində yoxsulluğun əhəmiyyətli dərəcədə - 25 faiz artması ilə nəticələnib. Bununla da son 20 ildə əldə olunan irəliləyişi təhlükə altına qoyub. Portuqaliya hökumətinin gördüyü tədbirlər yoxsulluğun və qeyri-bərabərliyin artımını qismən azaldıb. Pandemiya portuqaliyalıların gəlirlərinin əhəmiyyətli dərəcədə itkisinə səbəb olub: orta illik gəlir 10100 avrodan 9100 avroya düşüb.

La Caixa Fondunun məlumatına görə, davam edən pandemiya və onunla bağlı iqtisadi böhran ciddi büdcə problemləri yaradacaq, çünki hökumətin irimiqyaslı səyləri uzunmüddətli perspektivdə kifayət etməyə bilər. Milli.Az

Milli.Az


Etiketlər:  Pandemiya Portuqaliyada yoxsulluq səviyyəsinin 25 faiz artmasına gətirib çıxarıb


RƏYLƏR