Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 21:08
"Oyunun baxımlı alındığını deməzdim. Ancaq mübarizə ilə bol oyun alındı. İkinci hissədə qol vurduqdan sonra uşaqlar arxaya çəkildilər. Pis oynadıq. Qolun olub-olmadığını bilmirəm. Biabırçılıq idi. Səhvlər olur başa düşürəm, ancaq bu, başa düşüləsi deyil".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Keşlə" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
O, hakim qərəzinin qurbanı olub-olmadıqları bağlı sualı belə cavablandırıb: "Çaş-baş qaldıq. Qol olmayan bir şey, necə sayılır? Biz danışmayaq-danışmayaq deyirik, ancaq uşaqların da əziyyəti var axı.
E.Əhmədov Cavid İmamverdiyevi zdələndiyi üçün əvəzlədiyini də söyləyib.