Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hindistan” ştammı bu ölkədə də yayıldı

“Hindistan” ştammı bu ölkədə də yayıldı

Tarix: 25 Iyun 2021 01:14

COVID-19-un "Hindistan" ştammı Belarusun paytaxtı Minskdə də tapılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin "Telegram" kanalında yayılıb.

Bildirilir ki, Minskdə test edilmiş 10 nümunədə "Hindistan" variantına uyğun mutasiyalar aşkarlanıb. Digər bölgələrdə isə bu varianta rast gəlinməyib.

Mütəxəssislər hesab edir ki, aktiv vaksinasiya COVID-19-un "Hindistan" ştammını yüngül keçirməyə kömək edəcək.

İlk dəfə keçən ilin payızında üzə çıxan "Hindistan" ştammı 90-a yaxın ölkəyə yayılıb.


Etiketlər:  Hindistan ştammı ölkədə yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ