Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 12:08
Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı sentyabrdan pandemiya dövründə işsiz vətəndaşlara 190 manat veriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, N. Muxtarlı deyib ki, 190 manat Nazirlər Kabinetinin 7 aprel 2020-ci il qərarı ilə pandemiya dövründə verilirdi: "Artıq pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayır, biz bunu hər gün verilən statistikada da görə bilərik. Altı dəfə 190 manat ödənişi olub, hazırda 190 manat ödənişi dayanıb. Bundan sonra 190 manatın verilməsi birbaşa Nazirlər Kabinetinin qərarlarından asılıdır. Onlar qərar verirlər, biz isə icra edirik. Ümidvarıq ki, bir daha 190 manat veriləsi olmaz, yəni, bir daha pandemiya qaydaları sərtləşməz".