Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda itkin düşdü, Bakıdan tapıldı

Qaxda itkin düşdü, Bakıdan tapıldı

Tarix: 25 Iyun 2021 19:56

Qaxda üç ay əvvəl itkin düşən Abşeron rayon sakini tapılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, itkin düşmüş hesab edilən Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu gün Bakı şəhərində tapılıb.

Qeyd edək ki, N. Babayev bu ilin mart ayında Abşeron rayonundan qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb qeri dönməmişdi. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamışdı.

N. Babayeyin itkin düşməsi barədə ötən gün Qax rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilmişdi.


Etiketlər:  Qaxda itkin düşdü Bakıdan tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ