Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 03:32
Koronavirus pandemiyası başlayandan bəri Rusiya paytaxtında ötən sutkada COVID-19-dan ən çox ölüm hadisəsi qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Moskvada ötən sutka ərzində koronavirusdan 98 nəfər həyatını itirib.
Ümumilikdə, Moskvada koronavirusdan ölənlərin sayı 21 876 nəfərə çatıb.
Ötən sutka ərzində 7916 nəfərin koronavirusa yoluxduğu bildirilib. Moskvada aktiv xəstə sayı 166 301 nəfərdir.