Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni özünü 9-cu mərtəbədən atmaq istəyib

Azərbaycanlı müğənni özünü 9-cu mərtəbədən atmaq istəyib

Tarix: 26 Iyun 2021 10:00

Böyük qızımın atası məni çox döyürdü

Sonxeber.net xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva "Tolik ilə səmimi" verilişində deyib.

O bildirib ki, hətta bir dəfə intihara da cəhd edib:

"Onu sevirdim, yaxşı oğlan idi. Amma içki aludəçisi olduğunu bilmirdim. İçirdi, məni o qədər döyürdü ki, ağzım, burnum qan içində olurdu. Hətta bir dəfə özümü 9-cu mərtəbədən atmaq istəmişəm, hətta o dərəcədə. Çünki çönüb arxaya baxırdım ki, nə anam var, nə atam. Mən hara gedim, mən kimə sığınım. Ona nişanlı vaxtı demişdim ki, "mən sənin evinə gedirəm, mənə sahib çıx. Mənim səndən başqa heçkəsim yoxdur". O içməsəydi mənim çox yaxşı ailəm olardı".

Qeyd edək ki, Nüşabə iki dəfə ailəli olub. Hərəsindən bir övladı var.

Məhəmməd Vaqif


Etiketlər:  Azərbaycanlı müğənni özünü mərtəbədən atmaq istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ