Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Favorit "Neftçi"dir" - Dan Mori

Tarix: 7 Avqust 2019 21:20

"Neftçi"nin Moldova və Rusiya klubları ilə oyunlarına baxmışıq və zəif cəhətlərini tapmağa çalışmışıq".

Bunu "Bney Yehuda"nın futbolçusu Dan Mori Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

 İsrail millisinin üzvü 10 il əvvəl bu klubun heyətində avrokuboklarda "Simurq"a qarşı çıxış etməsinə də toxunub: "Budəfəki oyun daha fərqli olacaq. 10 il əvvəl "Bney Yehuda" favorit idisə, sabah favorit "Neftçi" olacaq. Səhv etmirəmsə, "Simurq"a qarşı mərkəzi arenada oynamışdıq və tribunalar boş idi. Sabah fərqli mənzərə olacaq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq (APA).

 


Etiketlər:  Favorit Neftçidir Dan Mori


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ