Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 23:24
Türkiyəli sosioloq, araşdırmaçı və analitik Kaan Sarıaydın kovid 19 pandemiyası başlanandan Yer üzündə oynanılan planlardan danışır və pandemiyanı "plandemiya" adlandırırdı.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, o, əsas qüvvələrin plandemiyadan istədikləri nəticəni ala bilmədiklərini deyərək, bundan sonra başqa planların işə salınacağı barədə açıqlama verib.
Sarıaydın növbədə gələn planları, sirləri deşifrə edib.
" Plandemiyadan sonra əsas proqram "Süni həyat" layihəsi gələcəkdi. Torpaqları zəhərləyib, orda yetişən qidalara dərmanlar vuraraq, insan genetikasını dəyişəcəkdilər.
Amma bu layihə ləğv edildi. Çünki o qüvvələrin pandemiyadan gözləntikləri nəticə alınmadı, bəzi planlar uğursuz oldu. Bu da onların yox, Allahın işi idi.
Plandemiyanın axırına çatırlar. Bundan sonra ehtiyatda olan B planı gəlir. Bunun adını mən "3 U" qoymuşam, yəni 3 U hərfi.
3 U nədir: Uyuşdurmaq, unutdurmaq və uyutmaq, yəni yatırtmaq.
Butun üzərində 50 ildir iş gedir, insanlıq üzərində sınanır. Psixoloji, nevroloji, psixiatrik tibb illərdir insanlara yata bilmədikləri və təşvişli olduqları üçün uyuşdurucu və yatırdan dərmanları verirlər.
İnsanları öncə psixoloji travmaya salır, müxtəlif psixoloji xəstəliklər uydurub, ona uyğun dərmanlar yazıb, insanları məcbur edirlər ki, bu al, iç, düzələcəksən.
Bu gün dünyada hökmran 2 sənaye var: silah sənayesi və dərman sənayesi, farmakologiya imperiyası.
İnsanlara yeni dərmanlarla hücum edəcəklər. Gəl-gəl deyib, sonra üzünə bir şapalaq vuracaq.
Farmakologiya xərçəngə son nöqtəni qoyub, onu da bir peyvəndlə sonlandırılacaq. Dərman imperiyası insanların inamını qazanacaq. Sonra da uyuşdurucu, unutdurucu dərmanlarını bizə sırıyacaq".
Qeyd edək ki, Kaan Sarıaydının bir çox dünya hadisələri ilə bağlı açıqlamaları özünü doğruldub.