Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 13:24
ABŞ və Fransanın Çinlə münasibətləri çətindir, amma Vaşinqtonun siyasətinin hədəfi Çinin qarşısını almaqdan ibarət deyil.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Mən, xüsusilə, son həftələr Çinlə bağlı yanaşmada Fransa ilə yaxınlıq görürəm. Biz məsələyə bənzər yanaşırıq. Ölkələrimiz üçün bu, çox çətin münasibətlərdir. Fransa ilə olan nəzər nöqtəmizə görə, Çinlə münasibətlərdə antaqonist elementlər, rəqabət və tərəfdaşlıq var. Biz Çinə münasibətdə birgə hərəkət etsək, daha çox təsir əldə edəcəyik. Hədəfimiz Çinin qarşısını almaq, antiçin siyasəti aparmaq deyil. Bizim məqsədimiz ABŞ və Fransanın II Dünya müharibəsinin nəticələrinə uyğun olaraq formalaşdırdığı hüquqlar və standartlara əsaslanan açıq və azad sistemlərə dəstəkdən ibarətdir", - Blinken qeyd edib.