Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstələnməmək üçün bu qidalardan istifadə edin

Xəstələnməmək üçün bu qidalardan istifadə edin

Tarix: 27 Iyun 2021 13:45

Payız, qış aylarında olduğu kimi, yaz və yayda da qrip və soyuqdəymə riski artır. Bu riski azaltmaq üçün müəyyən qidalar var ki, onları qəbul etmək daha məqsədəuyğundur.

Sonxeber.net Axşam.az-a istinadən xəstələnməmək üçün qəbul etməli olduğunuz bir neçə qidanı təqdim edir:

Qatıq

Qatıq probiotik qidadır. Tərkibində olan sağlam bakteriyalar mədəni və həzm sistemini yaxşılaşdırır. Xəstəliyə yol aça bilən mikrobları bağırsaqdan uzaqlaşdırır. Hər gün qatıq yeyən insanlar daha az xəstəliyə tutulur.

Yulaf

Yulaf, arpa kimi qidalar immunitet sistemini gücləndirir, yaraları daha sürətli sağaldır və antibiotiklərin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.

Sarımsaq

Sarımsağın tərkibində olan alisinin bakteriyalar və infeksiyalarla mübarizə aparır. Sarımsaq həm də soyuqdəymə riskini azaldır. Bu qida bağırsaq və mədə xərçənginə tutulmamaq üçün də mükəmməl rol oynayır.

Qabıqlı dəniz məhsulları

Qabıqlı dəniz məhsulları bədəndəki qrip hüceyrələrini təmizləyir və ağ qan hüceyrələrinə kömək edir. Balıqların tərkibində omeqa 3 vitamini olur. Omeqa 3 iltihabı azaldır, tənəffüs yolundakı infeksiyaları təmizləyir.

Toyuq suyu şorbası

Bu şorba qrip simptomları və qrip riskini azaldır. Xəstə olduğunuz zaman toyuq suyunu içmək öskürək siropu təsiri yaradır. Əgər şorbaya sarımsaq, soğan və ədviyyatlar qatsanız, bu immunitetinizin də yaxşılaşmasına kömək edəcək.

Göbələk

Göbələk həzm sistemini gücləndirən qidadır. Ağ qan hüceyrələrini dəstəkləyir, infeksiyalara qarşı mübarizə aparır. Xəstələnməmək üçün göbələyi süfrənizdən əksik etməyin.

Yaşıl çay

Yaşıl çay antioksidanlar sayəsində vücuddakı radikalların qarşısını alır. Hüceyrələri və molekulları zərərli təsirlərə qarşı qoruyur. Həzm sistemini yaxşılaşdırmaq üçün gündə 2-3 stəkan yaşıl çay için.


Etiketlər:  Xəstələnməmək üçün qidalardan istifadə edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ