Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə miqrantlar polisə hücum etdi: 2 ölü, 12 yaralı

Türkiyədə miqrantlar polisə hücum etdi:  2 ölü, 12 yaralı

Tarix: 27 Iyun 2021 15:22

Türkiyənin Siirt şəhərinin Pərvari rayonununda əfqan və pakistanlı 84 miqrantın olduğu yük maşınından polisə atəş açılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Siirt Valiliyi məlumat yayıb.

"Nəzarət məntəqəsinə yaxınlaşan şübhəli yük maşını patrul tərəfindən "Dayan" xəbərdarlığına əməl etməyərək sürətini artırıb, şəxsi heyətin üstünə sürüb və atəş açıb. Patrul heyəti tərəfindən cavab atəşi atılıb", - məlumatda deyilib.

Polisin açdığı cavab atəşi nəticəsində miqrantlardan 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Türkiyədə miqrantlar polisə hücum etdi ölü yaralı


RƏYLƏR