Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 20:50
"Barselona" futbolçusu Lionel Messi ilə bu ay başa çatacaq müqavilənin müddətini uzatmağa yaxındır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb ki, klub rəhbərliyi və argentinalı hücumçunun ətrafı gələn həftə razılaşmanı elan edə biləcəklərinə əmindir.
Bildirilib ki, hazırda tərəflər 2023-cü ilə qədər hesablanan müqavilənin son təfərrüatlarını razılaşdırmağa çalışırlar.
Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 9 qolun ötürməsini verib.